Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

16 Haz 2011 15:48 tarihinde Aydin Salis tarafından yayınlandı
   Müraciət
 
  Cənab Prezident!
   Nəzərinizə çatdırmaq istəyirəm ki, baş redaktor olduğum "İpəkçi" qəzetində Azərbaycanın məhkəmə-hüquq sistemində mövcud olan qanunsuzluq halları barədə mütəmadi olaraq xəbər və məqalələr dərc edilir. Təkzibedilməz faktlarla sübut olunur ki, Prezident olduğunuz respublikada məhkəmə deyilən bir şey yoxdur, nə qanunlara baxan var nə də şikayətlərə, kimin pulu çoxdursa, adamı daha yüksək vəzifədədirsə, yaxud özünün vəzifəsi daha böyükdürsə məhkəmə qərarı onun xeyirinə qəbul edilir, hətta adam öldürübsə belə, bizim “məhkəmə"lər müvəffəqiyyətlə qət edirlər ki, o, aydan-arı, sudan-durudur və heç bir günah sahibi də deyil!
   Məsələn, lütfən, "İpəkçi" qəzetinin builki 2-ci sayında dərc olunmuş bir məqalənin sərlövhəsinə diqqət yetirin: "Vətəni və olmayan vicdanını qəpik-quruşa satan hakimlər, yaxud "Ali Məhkəmə" deyilən "sirk"in fokusyorları". Biz bu məqalə dərc olunmuş "İpəkçi" qəzeti nüsxələrini, rəsmən,  aidiyyəti olan bütün orqanlarla yanaşı, Ali Məhkəməyə də göndərmişdik, lakin həmin tərəfdən heç bir reaksiya olmadı, yəni bizim yazdıqlarımız tamamilə doğru oldığına görə səslərini çıxara bilmədilər!
   Cənab Prezident!
   Əgər ölkəmizin Ali Məhkəməsinin hakimləri fırıldaqçıdırlarsa, Vətənə xəyanət edirlərsə və beləliklə, Sizin etimadımnızı doğrultmurlarsa, görün aşağı instansiya məhkəmələrinin hakimləri və dövlət idarələrinin məmurları nə gündə olmalıdırlar?! Bu adamları niyə vəzifədə saxlayırsınız?

Hörmətlə, Aydın Məmmədov,
"İpəkçi" və "Şəkinin səsi" qəzetinin baş redaktoru,
Açıq kataloq Layihəsinin (Open Directory Project) Azərbaycan, özbək, türkmən, uyğur, qırğz, başqırd, tatar, tacik dillərindəki saytlar  üçün bütün kateqoriyaların və ingiliscə “Azerbaijan”, kateqoriyasının və digər bəzi kareqoriyaların redaktoru.


R.S. Rəsmin adı:"Kambizsin məhkəməsi";  müəllifi:  H.David; çəkildiyi il: 1490, mövzususunun mənbəyi: Heredotun "Tarix"i;  məzmunu: eramızdan əvvəl 6-cı əsrdə  İran şahı olmuş Kambisin göstərişi ilə bir rüşvətxor hakinin - Sisaminin, edam edilməsi. Bax: >>

Comments