NETTY Milli İnternet Mükafatı uzrə müsabiqədə Şəki veb-məktəbinin 8 saytı, o cümlədən, "İpəkçi" qəzetinin "ipekchi.info", həmçinin "Şəki tarixi"saytı da nominant oldu! >>

15 May 2011 11:34 tarihinde Aydın Məmmədov tarafından yayınlandı

   7-cı dəfə keçirilən NETTY Milli İnternet Mükafatı uğrunda müsabiqənin 14 may tarixdə başa çatmış ilkin mərhələsi, yəni virtual jürinin səsverməsi Şəki saytları üçün xüsusilə uğurlu olmuşdur. Belə ki, 12 nominasiyadan 8  nominasiyanın hər biri  üzrə Şəki veb-məktəbinə aid 1 sayt nominant ola bilmişdir. Ümumiyyətlə,  20-dən çox Şəki saytı 9 nominasiya üzrə müsəbiqəyə qatılmışdır. Müsabiqənin şərtlərinə görə, hər nominasiya üzrə yalnız ilk 3 ən çox səs toplamış sayt  2-ci mərhələyə - "Mükafatlandırma" mərhələsinə adlaya bilərdi. Virtual jürinin 7 günlük,  7may - 14 may tarixləri arası, səsverməsinin nəticəsi olaraq, may ayının 14-də  Şəki saytları arasından 8 -nin, o cümlədən: 
 

  • "Əlişahoğlu" veb-studiyasının  hazırladığı
1. Qırmızı Bağ saytı "Mədəniyyət və incəsənət" nominasiyası üzrə 11 sayt sırasında 17 səslə 4/5-ci yerləri bölüşdürərək;
2."Əhməd Bal" saytı "Korporativ sayt" nominasiyası üzrə 34 sayt sırasında 17 səslə 3-cü yeri tutaraq;
3. Erməni Terroru saytı "Azərbaycan" nominasiyası üzrə 20 səslə 24 sayt sırasında 2-ci yeri tutaraq;
 

  •  "İpəkçi" və "Şəkinin səsi" qəzetlərinin baş redaktoru Aydın Məmmədovun hazırladığı 
4. www.ipekchi.info  saytı  "İnformasiya və xəbərlər" nominasiyası üzrə 28 sayt sırasında 15 səslə 2-ci yeri tutaraq;
5.  "Şəki tarixi" saytı "Elm və təhsil" nominasiyası üzrə 43  sayt sırasında 14 səslə 3-cü yeri tutaraq

  • "Teymur" veb-studiyasının  hazırladığı
6. "Xan Cənnət Bağı" "Azərbaycan" nominasiyası üzrə 17 sayt sırasında 17 səslə 4-cü yeri tutaraq;


  • "MicroEnn Group Production" veb-studiyasının  hazırladığı
7. "Şəki Şəhər İcra Hakimiyyətinin Rəsmi İnternet Səhifəsi" "Dövlət saytı" nominasiyası üzrə 16 sayt sırasında 13 səslə 3-cü yeri tutaraq; 
 

  •  " AZNETWORKS.BIZ Production" un 
8. "Aznetworks.bizsaytı "Servis-saytlar" nominasiyası üzrə 32 sayt sırasında 12 səslə 3-4-cü yerləri bölüşdürərək;
 
 

 
“Nominant sertifikatı”nı əldə etmişdir.
      Hər nominasiya üzrə qalibi isə NETTY Akademiyası müəyyənlənləşdirməlidir və qaliblərin adları 24 may tarixində saat 19:30 -da Səməd Vurğun adına Rus Dram Teatrında keçiriləcək  Netty 2011-un təntənəli mükafatlandırma mərasimində açıqlanacaqdır.
       Mükafatlandırma mərasimi çərçivəsində həm də Akademiya tərəfindən müsabiqədənkənar nominasiyalar üzrə qaliblər  də elan ediləcəkdir. Bu mərasimə müsabiqənin bütün nominatları, NETTY akademikləri və həmçinin, digər hörmətli qonaqlar dəvət olunacaqlar.

 
 

Comments