Şəkidən deputatlığa namizədlər

14 Eki 2010 16:26 tarihinde Aydın Məmmədov tarafından yayınlandı

Rasulov Rafiq Abduləli oğlu haqqında məlumat

Rasulov Rafiq Abduləli oğlu 1958-ci il aprel ayının 10-da Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1965-ci ildə Şəki şəhər 7 saylı orta məktəbin birinci sinfinə daxil olmuş, 1975-ci ildə həmin məktəbin X sinfini bitirmişdir. Həmin ildə Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsinə daxil olmuş, 1980-cı ildə ali məktəbi riyaziyyatçı, müəllim ixtisası üzrə bitirmişdir.

Ali təhsili başa vurduqdan sonra təyinatla Şəki rayonu taxılçılıq sovxozu qiyabi orta məktəbinin Böyük Dəhnə tədris məsləhət məntəqəsinə müəllim təyin edilmiş, 1983-cü ilin iyun ayınadək orada işləmişdir. 1983-cü ilin iyun ayından 1993-cü ilin sentyabr ayınadək Şəki şəhəri Geofizika rəsədxanasında böyük texnik, mühəndis və geofizik vəzifəsində çalışmışdır. 1985-1989-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Geologiya institutunun aspiranturasında təhsil almış, 1993-cü ilin oktyabr ayından 1994-cü ilin aprel ayınadək M.Ə.Rəsulzadə adına BDU-nun Şəki filialında kafedra müdiri, 1994-cü ilin aprel ayından 2000-ci ilin noyabr ayınadək həmin filialda direktor müavini vəzifələrində işləmiş, 2000-ci ilin noyabr ayından 2001-ci ilin avqust ayınadək AMİ-nin Şəki filialında tədris işləri üzrə direktor müavini vəzifələrində çalışmışdır. 2001-ci ilin avqust ayından hal-hazıradək həmin filialda direktor vəzifəsində işləyir.

Fizika-riyaziyyat elmləri namizədidir. 1992-ci ildə "Üçlaylı geoloji mühitdə tektonik dalğavarı proseslərin modelləşdirilməsi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Namizədlik dissertasiyasının

müdafiəsindən sonra bir monoqrafiyası, bir dərs vəsaiti, xaricdə səkkiz elmi məqaləsi çap olunmuşdur. İki Beynəlxalq konfransda tezisləri dərc edilmişdir.

R.A.Rasulov 1997-ci ildən "Qeyri-xətti hiperbolik və parabolik tənliklərin həllərinin keyfiyyət xassələri" mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.

2007-ci ilin aprel ayında Azərbaycan Müəllimlər İnstitutunun Elmi Şurası tərəfindən Şəki filialın "Təbiət elmləri və tədrisi metodikası" kafedrasına dosent vəzifəsinə seçilmiş, 2009-cu ildə AAK-nın qərarı ilə ona dosent elmi adı verilmişdir.

R.A.Rasulov 1996-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Atası - Rəsulov Abduləli Lətif oğlu vəfat etmişdir.

Anası - Rəsulova Rəfiqə Rəsul qızı 1924-cü ildə anadan olmuşdur- təqaüdçüdür.

Ailəlidir. Həyat yoldaşı - Rəsulova Yeganə Cəmaləddin qızı 1968-ci ildə Şəki şəhərində anadan olmuşdur. Hal-hazırda Şəki şəhər 5 saylı orta məktəbdə müəllimə işləyir. Üç övladı var.

Qızı - Rəsulzadə Fəridə Rafiq qızı 1990-cı ildə Şəki şəhərində anadan olmuş, hal-hazırda Bakı Dövlət Universitetinin III kurs tələbəsidir.

Qızı - Rəsulova Səmra Rafiq qızı 1992-ci ildə anadan olmuş, hal- hazırda Bakı Dövlət Universitetinin I kurs tələbəsidir.

Qızıpa - Rəsulzadə Selvin Rafiq qızı 2000-ci ildə anadan olmuşdur, orta məktəbin II sinfində oxuyur.

Dos.R.A.Rasulova 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adı verilmişdir. O, 2009-cu ildə Türkiyə,2010-cu ildə Fransa respublikalarında ixtisasartırma təhsilinin təşkili ilə bağlı beynəlxalq əməkdaşlıq çərçivəsində ezamiyyələrdə olmuşdur.

Həmçinin baxın, digər namizədlərin siyahısı >> :

Comments