ŞƏKİNİN 1 SAYLI ORTA MƏKTƏBİNDƏ ÖZBAŞINALIQ - Direktor Bəkir Xəlilov müəllimlərin işə qəbulunda qanunsuzluğa yol verir

7 Şub 2010 21:09 tarihinde Aydın Məmmədov tarafından yayınlandı
 
  
Şəki rayonu 1 saylı orta məktəbdə 2007-ci ildən bəri özbaşınalıqlara son qoyulmur. Bu barədə ötən gün redaksiyamıza şikayət məktubu daxil olub. Məktubda qeyd olunur ki, Bəxtiyar Vahabzadənin adını daşıyan məktəbə Bəkir Xəlilov direktor təyin olunandan, yəni 2007-ci ildən bəri təhsil müəssisəsində qanunsuzluq baş alıb gedir: “ Məktəbin 20 il direktoru olmuş Tahirə Cavadova qanunsuz olaraq işdən çıxarılandan sonra burada hər şey pisliyə doğru dəyişib.
    Şəkidə nüfuzlu müəllimlərdən sayılan T. Cavadova guya  müəllimlərin qanunsuz işə qəbulunda ittiham olunaraq vəzifəsindən uzaqlaşdırılıb. Əslində isə  T. Cavadova təhsil müəssisəsində təmir işlərinin görülməsi, məktəbə B.Vahabzadənin adının verilməsi üçün dəfələrlə aidiyəti qurumlara müraciət etdiyinə görə qəzəbə tuş gəlib. Bu şikayətlərdən qəzəblənən Şəki Rayon İcra Hakimiyyəti müxtəlif təzyiqlər etməyə başlayıb və sonda T. Cavadova işdən xaric edilib. Maraqlıdır ki, bundan sonra şairin adı məktəbə verilib”.
Məktubda bildirir ki, direktor B. Xəlilov Təhsil Nazirliyinin 2008-ci ildəki əmrinə zidd hərəkət edir. Hazırda sözügedən məktəbdə şişirdilmiş şəkildə ehtiyac olmadığı halda müəllim işə qəbul olunub. Bundan sonra məktəbdə müəllim sıxlığı yaranıb və onlar çıxılmaz vəziyyətə düşüblər. Hətta yaranmış problemlə bağlı məktəbdə xeyli sayda müəllim işləməkdən imtina edib. Məktəbdə müəllim sıxlığı yarandığı halda şagird qıtlığı mövcuddur. Mənbənin sözlərinə görə, uşaq bağçasında  olanların adı eyni zamanda sinif jurnalında qeyd olunur. B. Xəlilov bununla ehtiyac olmadığı halda işə qəbul etdiyi müəllimlərin sayını gizlətmək məqsədi güdür.
 
EMİL
Comments