Şəkinin Vərəzət kəndinə 17 illik fasilədən sonra təbii qazın verilməsi bərpa edilib >>

20 Mar 2010 12:01 tarihinde Aydin Salis tarafından yayınlandı
     Bu barədə Şəki Qaz İstismarı İdarəsindən məlumat verilib.
    120 abonenti olan Vərəzət kəndinə ilk dəfə 1987-ci ildə təbii qaz xətti çəkilib. 1992-ci ilin sonuna yaxın məlum səbəblərdən Vərəzət kəndinə mavi yanacağın verilişi dayandırılıb. Vərəzət kənd bələdiyyəsinin və yerli sakinlərin maliyyə dəstəyi hesabına kənddəki mövcud qaz xətləri əsaslı təmir edilib, qaz xətlərinin yararsız olan hissələri isə yeni qaz xətləri ilə əvəz edilib.
     Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyinin hesabına 60 abonent qaz sayğacı ilə təmin edilib, digər abonentlərin də sayğaclaşdırılması istiqamətində tədbirlər davam etdirilir
    17 illik fasilədən sonra bu gün Vərəzət kəndinə yenidən mavi yanacağın verilməsi münasibətilə keçirilən mərasimdə Şəki rayon İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov, müvafiq təşkilat nümayəndələri və Vərəzət kənd sakinləri iştirak edib.
     Şəki Qİİ-dən verilən digər məlumata görə, hazırda rayonun 150 abonenti olan Aşağı Künküd kəndində də sürətlə təmir bərpa işləri gedir. Yaxın vaxtlarda sözügedən kəndə də mavi yanacağın verilməsi bərpa ediləcək.
 
Xəzər TV
18.03.2010
Comments