Xaricdə yaşayırsınızsa, özünüzə yazığınız gəlsin, dükana gedib Heydər Əliyev haqqında olan kitab-ları axtarmayın. Qiymətini görüb qa-çarsınız. Niyə? Akademiyanın elmi iş-çisi Sabir Əfəndiyevin xatirə dəftə rindən: “Kimdir belə bir toplu kita-bın müəllifi? Yadıma gəldi ki, onu “Şəkinin səsi” qəzetinin yubiley şənliklərinin birində görmüşdüm. Başqa-larından fərqli danışırdı. Hami qulaq asırdı ona. Çıxışı ürəkdən gəldiyi üçün onu dinləyirdilər”. Kimdir bu natiq? Söhbət Qafar Əliyevdən gedir, əziz oxucular! Əliyev Qafar Məmməd oğ lu - YAP siyasi şurasının üzvü, Azər baycan Respublikası Prezidenti İcra Aparatı İctimai-Siyasi şöbəsinin xa ricdə yaşayan azərbaycanlılarla iş üzrə bölməsinin müdiri, 1960-cı il de kabrın 15-də Naxçıvan MR-in Şərur (hazırda Sədərək) rayonunun Sədərək kəndində anadan olub. Qafar Əliye-vin qiymətli (bahalı) toplu kitabı Heydər Əliyevə həsr edilmiş “Müasir Azərbaycanın xilaskarı, banisi və qu-rucusu” məqalələr və çıxışlar toplu sudur. 255 səhifədən ibarətdir. 2008-ci ildə Qırğızıstanın paytaxtı Bişkek də çap edilib. “Müasir Azərbaycanın xilaskarı” xaricdə ucuz deyil, 106 dollaradır (ABŞ dolları). Burada “daxili və xarici” düşmənlərin bar-mağının izi aydın görünür. Bu, əcnə-biləri və xaricdəki soydaşlarımızı ulu öndərin qiymətsiz irsindən məhrum etməyə yönələn düşünülmüş, planlı qəsddir! Ar olsun daxili və xarici düşmənlərə! P.S. Qafar Əliyevin kitabı tək deyil. H.Əliyevə həsr edilən bahalı kitabların sayı çoxdur. Mirzə Xəzər 21.06.201 Yuxarıda yazılanlar, “Azadlıq” radiosunun Azərbaycan dilində verilişlər redaksiyasının sabiq redaktor-aparıcısı, Azərbaycan jurnalistlərinin ağsaqqalı olan hörmətli Mirzə Xəzərin fərdi saytından iqtibasdır. Görün-düyü kimi burada bizim “Şəkinin səsi” qəzetinin də adı çəkilmişdir və buna görə, həmçinin öz saytından bizim qəzetin saytına link verdiyinə görə biz Mirzə Xəzərə minnətdar olmaqla yanaşı, həm də onun toxunduğu məsələni - yəni Heydər Əliyev haqqında olan kitabın xarıcı ölkələrdə çox baha qiymətə satılmasını, araşdırmağı özü-müzə borc bildik.
Söz gedən kitabın naşiri hörmətli Ruslan Abdullayev bizimlə telefon söhbətində vurğuladı ki, o, həmin kitabın bütün çap xərcini ödəyib və bu kitabı pulsuz olaraq dünyanın bir çox ölkələrində yaymışdır. Onun de-diklərini kitabın müəllifi hörmətli Qafar Əliyev də təsdiqlədi və əlavə etdi ki, “biz onu çoxlu adama bağışla-mışıq, bir çox kitabxanalara hədiyyə etmişik, amma bu da ola bilər ki, kimsə həmin kitabın bir , yaxud bir neçə nüsxəsini bizdən hədiyyə alıb, sonra aparıb qoyub satışa”. A.Məmmədov
|