Xalça sexi (foto-reportaj)

5 Ara 2010 15:16 tarihinde Aydın Məmmədov tarafından yayınlandı

Xalça sexi, "Şəki-İpək" ASC

   Burada xalis təbii ipək sapdan əl əməyi ilə müxtəlif ölşülü xalçalar toxunur. İşçilərin əmk haqqı çox deyil, ən yaxşı halda 120 manat və bu qədər maaş almaq üçün onlar gündə azı 20 sm xalça toxumalıdırlar. Şənbə və bazar günləri istirahət günüdür. Kimin sürətli xalça toxumaq qabiliyyəti varsa, biz onu işə götürə bilərik, - sexin meneceri Gülnar Nurəhmədova belə deyir. Burada toxunan xalçalardan ən maraqlısı isə "Şəki xanlığı" adlanır. O, Şəki xan sarayının bir otağının tavan rəsminə uyğun olaraq toxunur. Deyilənə görə, Xan sarayında vaxtilə, hər otaqda həmin otağın tavanın rəsminə uyğun xalşalar olmuşdur və deyilənlərə görə həmin xalşaları ruslar götürüb aparıblar. Bu cür xalşalara tavan xalçaları deyirlər. İndi bizim xalça sexində də tavan xalçası toxunur. Amma onların ölçüsü o qədər də böyük deyil. Bunun səbəblərindən biri də budur ki, sexin hündürlüyü 4 m dən çox deyil, ona görə də burada, ixtiyari, məsələn 7-8 m uzunluğunda xalça toxumaq istəsələr, həmin xalşanın eni maksimum, 4 m ölçüdən çox ola bilməz.
Comments